"Charlie Hebdo"nun yeni nömrəsində də Məhəmməd peyğəmbərin karikaturaları olacaq

"Charlie Hebdo"nun yeni nömrəsində də Məhəmməd peyğəmbərin karikaturaları olacaq
15:47 12 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Terror aktının hədəfinə çevirmiş Fransanın həftəlik “Charlie Hebdo” jurnalının yeni nömrəsi yenidən Məhəmməd peyğəmbərin karikaturalarını və siyasi və dini mövzularda zarafatları dərc edəcək.

Trend RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalın vəkili Rişar Malka bəyan edib.

R.Malka “France Info” radiosunun efirində yanvarın 14-də qəzet köşklərində olacaq “Charlie Hebdo” jurnalının məzmunu haqqında suala cavab verərkən deyib: "Əlbəttə, biz geri çəkilməyəcəyik, çünki əks halda bunların heç bir mənası olmayacaq".

O qeyd edib ki, "Je suis Charlie" ruhun vəziyyətidir, bu, həmçinin kafirlik hüququndan xəbər verir: "Je suis Charlie" sizin dini tənqid etmək hüququna malik olduğunuzu deyir, çünki burada xüsusi heç nə yoxdur. Yəhudini yəhudi olduğuna, müsəlmanı müsəlman olduğuna və xristianı xristian olduğuna görə tənqid etməyə heç kimin haqqı yoxdur. Amma xristianlıq, yəhudilik və İslam haqqında istənilən ən pis iyrənc şeyləri danışmaq olar və biz bunu edirik".

Jurnalın növbəti buraxılışı bir milyon tirajla (nəşrin adi tirajı 60 min nüsxədir) çıxacaq. R.Malkanın sözlərinə görə, hazırda jurnalistlər yeni nömrə üzərində səylə çalışırlar. Onların jurnalın üz qabığı ilə bağlı bazar ertəsi axşama yaxın müəyyən qərar verəcəkləri gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR