Xəbərdarlıq: Şimşək çaxacaq, leysan yağacaq

Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, rayonlarda iyulun 5-i gündüzdən 9-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

"Whatsapp"dan MÖHTƏŞƏM YENİLİK - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR