Bu ilin əvvəlində Azərbaycanda ən aktiv seysmik zonanın adı və zəlzələlərin səbəbləri açıqlanıb

15:52 12 Yanvar 2015
147 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 15:50 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 2015-ci ilin əvvəlində qeydə alınan zəlzələlərin sayını və səbəblərini açıqlayıb.

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, son vaxtlar zəlzələlər əsasən Xəzərdə baş verir. Onun sözlərinə görə, yanvarın əvvəlindən maqnitudası yüksək olan zəlzələlər Xəzərdə, Naxçıvanın Ordubad rayonunda bölgəsində baş verib.

 

Q.Yetirmişli qeyd edib ki, Xəzərdən Mahaçqala-Türkmənbaşı dərinlik qırılması keçir və bu, şimaldan şərqə doğru gedir: “Bu, çox aktiv qırılma olduğundan, Xəzərdə tez-tez zəlzələ baş verir. Ötən ilin I rübündə həmin qırılma boyu bir neçə təkanlar baş vermişdi və hətta yanvarın 10-da maqnitudası 5 olan zəlzələ olmuşdu. Bu il isə maqnitudası 3-dən yüksək olan zəlzələlərdən əlavə Qəbələdə, İsmayıllı-Şamaxı bölgəsində, Azərbaycanın  şimal-qərbində çox zəif təkanlar qeydə alınıb. Ümumilikdə isə keçən ilkinə nisbətən bu ilin yanvar ayında elə də aktivlik yoxdur”.

 

Mərkəzin baş direktoru əlavə edib ki, ilin əvvəlindən bu günə kimi gün ərzində təxminən 6-7 təkan baş verir: "Bu da son 10 gündə 60-70 təkanın baş verməsi deməkdir. Əsas aktivlik Xəzərdədir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR