Gəncədə Ərdəbil məhsulları sərgisi keçiriləcək

15:53 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Gəncədə Ərdəbil əyalətinin sənaye məhsulları və ticarət üzrə sərgi təşkil olunacaq. Bunu Trend-ə İranın Ərdəbil əyalətinin Ticarət, Mədən və Sənaye Təşkilatının xarici əlaqələr üzrə sədr müavini Südeyf Beygzadə deyib.

S.Beygzadə bildirib ki, sərgi 2015-ci il fevralın 26-dan martın 3-dək Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə təşkil olunacaq.

Onun sözlərinə görə, sərginin ümumi sahəsi 1000 kvadratmetr olacaq: “Sərgidə Ərdəbil əyalətinin sənaye malları, kənd təsərrüfatı avadanlıqları və məhsulları, ərzaq məhsulları, bal, quru meyvələr və xalçalar nümayiş olunacaq".

S.Beygzadə keçiriləcək sərginin İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR