"Messi əllə oynamışdı"

"Messi əllə oynamışdı"
15:57 12 Yanvar 2015
189 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nı təbrik edirəm. Çox yaxşı oynadılar və qələbə qazandılar. Rəqib topu itirdiyi zaman belə, durmadan pressinq etdi. Bizə əks-hücumlar yaratmağa imkan vermədilər. Matçda çox az qol epizodu oldu. Neymar və Messi oyun ərzində çox sürətli və əzmkar oyunları ilə seçildilər. Üçüncü qoldan sonra bərabərlik şanslarımız da tükəndi".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki,  bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 18-ci turunda "Barselona"ya 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
 
O, qarşılaşmanın 35-ci dəqiqəsində Messinin əllə oynadığını da bildirib:
"Messi mənə əli ilə oynamadığını söylədi. Ancaq mən oyunun təkrarını telekanalda izlədim və onun əli ilə oynadığını gördüm".
 
Qeyd edək ki, oyunun 35-ci dəqiqəsində Messi meydanın mərkəzində topu ələ keçirdiyi zaman "Atletiko"nun futbolçuları argentinalı hücumçunun əllə oynadığını bildirərək baş hakim Mallenkoya etiraz ediblər. Ancaq hakim oyunu davam etdirib. Bu zaman Messi Suaresə ikinci qolun ötürməsini verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR