Ukrayna mətbuatı kobud səhvə yol verib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “euro.com.ua” saytı “Tobol”u Azərbaycan klubu kimi qələmə verib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “euro.com.ua” saytı “Tobol”u Azərbaycan klubu kimi qələmə verib.
Maraqlısı burasındadı ki, bu yanlışlıq erməni futbolçu Karlen Mkrtçyanın transferi ilə bağlı yazılan xəbərdə edilib. Ukraynalılar Mkrtçyanın yeni transfer olunduğu “Tobol”un Qazaxıstan deyil, Azərbaycan klubu olduğunu qeyd ediblər. Özü də məqalədə düz iki yerdə erməni futbolçunun Azərbaycan klubuna keçdiyi və 1 illik müqaviləyə imza atdığı vurğulanıb.
Milli.Az
Milli.Az