Yeni təyin olunan nazir müavini danışdı:

Artıq Mədəniyyət Nazirliyinin strukturu tam formalaşıb. Regional idarələrin fəaliyyətinin təmin olunması üçün nazirliyin tərkibində Regional siyasət şöbəsi yaradılıb.

Metbuat.az-ın məlumatına görə, bunu Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov deyib.

O bildirib ki, ölkə başçısı 6 iyun 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub: “Müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirəsidir”.

Rafiq Bayramov qeyd etdi ki, həyata keçirilən son dəyişikliklərdən sonra mədəniyyət sahəsinə ayrılan diqqət daha da artırılacaq:

"Bizim fəaliyyətimiz indi sırf mədəniyyət sahəsinin inkişafı, mədəniyyət müəssisələrinin düzgün idarə olunmasını təmin etməkdir. Regional siyasət şöbəsində iki sektor - Təhsil müəssisələri ilə iş və Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektoru yaradılıb”.

Nazir müavini regional idarələrlə yeni yaradılan Regional siyasət şöbəsinin qurulacaq iş prinsipləri haqqında danışdı, bu istiqamətdə idarəçiliyin daha da effektiv olacağını bildirdi. Diqqətə çatdırdı ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Elmar Vəliyevi güllələyən Yunis Səfərov danışdı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR