ADAU rektoru Elmar Vəliyev haqqında - "40 il Gəncədə yaşamış bir şəxs kimi deyə bilərəm ki..."

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Elmar Vəliyevə qarşı sui-qəsddən sonra Gəncə ziyalılarının baş vermiş terror hadisəsinə biganə qalmaqda ittiham edilməsinə açıqlamasında münasibət bildirib:

"Elmar Vəliyev Gəncə üçün misilsiz xidmətlər göstərmiş bir dövlət xadimidir. O, Azərbaycan dövlətinin inkişafı, onun dünyada tanınması üçün əlindən gələni əsirgəməyib. Onun Gəncəyə rəhbərlik etdiyi 7 il ərzində şəhərin inkişafında, quruculuğunda apardığı siyasət doğrudan da alqışa layiqdir. Gəncə ictimaiyyəti və şəhərin ziyalıları da onun xidmətlərini görür və hər zaman qiymətləndiriblər. Elmar Vəliyev işlədiyi dövrdə sıradan bir icra başçısı olmadığını, hətta çoxlarına mümkünsüz görünən işləri həyata keçirməyə qadir güclü məmur olduğunu isbat edə bilib. Ömrünün 40 ilini Gəncədə yaşamış bir şəxs olaraq birmənalı olaraq qeyd edə bilərəm ki, Elmar Vəliyev bir çox uğurlu layihələri gerçəklşdirməklə sözün yaxşı mənasında hamını heyrətləndirməyi bacarıb. Onun Gəncə üçün çox böyük işlər gördüyünü danmaq nankorluq və millətimizin qədirbilənlik ənənələrinin danılması demək olardı. Təkcə onun qısa müddətdə tikilib istifadəyə verilmsi üçün az qala hər gün bir neçə dəfə tikinti meydançasına baş çəkdiyi Heydər Əliyev bağ-park kompleksi təkcə gəncəliləri deyil, şəhərin yerli və xarici qonaqlarını da heyrətləndirməkdədir. Bu gün on minlərlə gəncəli və şəhərimizin qonaqları böyük ehtiram və minnətdarlıqla həmin möhtəşəm parkda istirahət edirlər. Mən özüm də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olaraq bir çox ölkədən gələn qonaqlarımızı həmin parkla tanış edəndə onlar təəccüb və heyrətlərini gizlədə bilməyiblər ki, dünyanın ən möhtəşəm parklarınddan biri məhz Azərbaycanının ikinci paytaxtı hesab olunan Gəncədədir. Cənab prezident İlham Əliyevin özü də həmin park komleksinin açılışında onu bir möcüzə adlandırmışdı. Məhz Elmar Vəliyevin yorulmaz fəaliyyəti nəticəsində Gəncə qapıları kimi möhtəşəm bir iş ərsəyə gətirildi, Gəncənin keçmiş şöhrətini özündə əks etdirən digər möhtəşəm layihələr həyata keçirildi. Onun xidmətləri sayəsində dahi Nizami Gəncəvinin adı bir daha dillər əzbəri oldu, onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra uğurlu beynəlxalq layihələr həyata keçirildi. Cümhuriyyətimizin 100 illiyi ərəfəsində Cümhuriyyət muzeyinin fəaliyyətə başlaması üçün yorulmadan çalışması əslində Elmar Vəliyevin dövlətçilik şüurunun necə yüksəkdə dayandığının sübutudur. Məhz onun danılmaz xidmətləri sayəsində bu gün Gəncə dünyanın ən gözəl şəhərləri ilə rəqabət aparacaq libasa bürünüb. Sovetlərdən qalma minlərlə evlərin, binaların fasadı, dam örtüyü yenilənib, gözqamaşdıran yeni binalar tikilərək gəncəlilərin istifadəsinə verilib. Mən özüm dəfələrlə Elmar Vəliyevin qəbullarında iştirak edən bir insan kimi tam əminliklə deyirəm ki, o Qarabağ Qazilərinin, Şəhid ailələrinin, aztəminatlı ailədən olan vətəndaşlarımızın problemlərinə, qayğılarına necə həssaslıqla yanaşıb. Bu gün mətbuatdan oxuyuram ki, Gəncə ziyalıları niyə baş vermiş olaya münasibət bildirmirlər? Əslində Gəncə ziyalıları niyə məsələyə münasibət bildirməyə tələsmədilər? Çünki Elmar Vəliyevə qarşı sui-qəsdə haqq qazandıranların çoxu bu və ya digər səbəbdən ölkəni tərk edib qaçıb getmiş, dini-məzhəbi naməlum, keçmişi qaranlıq adamlardı. Ana-bacılarını, ailə üzvlərini taleyin ümidinə buraxıb xarici ölkələrdə Azərbaycana qarşı kampaniya aparanlardan hansı ləyaqət və mənəviyyat gözləmək olar ki, onlara cavab verilsin? Gəncə ziyalıları Elmar Vəliyevə qarşı bu alçaq terrroru lənətlə qınayırlar və dövlətimizin gücünə, dövlət başçımızın sarrsılmaz iradəsinə və dövlətçilik təcrübəsinə arxalanaraq bu cinayətin günahkarlarının ədalət mühakiməsi qarşısında dayanacağına əmindirlər. Gəncə ziyalıları hər zaman dövlətin, dövlətçilyin yanında olublaar və heç şübhə etmirik ki, tezliklə ölkəmizin ikinci paytaxtında, gözəl Gəncəmizdə yaşanan bu gərginliklər arxada qalacaq, şəhər özünün rahat və sakit həyatına davam edəcək. Yaman günün ömrü az olar deyiblər, ata-babalarımız. Allah millətimizə, məmləkətimizə, dövlətimizə yaman gün göstərməsin"./ Moderator.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR