Sergey Lavrov: “Sanksiyaların fəsadlarını öz üzərində hiss edən avropalı tərəfdaşlarımız nəticə çıxarmalıdırlar”

16:07 12 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 16:04 ]


Bakı. Rüfət Əhmədzadə - APA. Moskva Qərbin sanksiyalarının aradan qaldırılması üçün heç bir kriteriyanı müzakirə etmək niyyətində deyil.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov latviyalı həmkarı Edqar Rinkeviçlə danışıqlardan sonra deyib.

 

“Biz sanksiya tətbiq etməmişdik. Bizə bəziləri eyham vurublar ki, gəlin kriteriyaları müəyyənləşdirək, siz onları yerinə yetirin, biz də sanksiyaları aradan qaldıraq. Heç nəyi müzakirə etməyəcəyik”, – deyə S. Lavrov bildirib.

 

Rusiyalı diplomatın fikrincə, sanksiyalar qeyri-qanuni və faydasızdır. “Bu sanksiyalardan hamı əziyyət çəkir. Biz bu vəziyyətdən çıxacağıq, özü də artıqlaması ilə. Bu sanksiyaların fəsadlarını öz üzərində hiss edən avropalı tərəfdaşlarımız özləri nəticə çıxarmalıdırlar. Bu, onların öz problemidir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR