Gecələr kənddə yayılan səslər insanları qorxuya salıb

Türkiyənin Beytüşşebap rayonunun Başaran kəndində xoşagəlməz hadisələr yaşanır.

Metbuat.az xəbər verir ki, kənd sakinləri gecələr evlərindən qəribə səslərin gəldiyini bildiriblər. Evlərin damını axtardıqdan sonra həmin səslərin yarasalar tərəfindən çıxarıldığı müəyyənləşib. Sakinlər bəzi gecələr bu səslərin həddən artıq olduğunu və uşaqların qorxduğunu bildiriblər.

Yarasaların toplu şəkildə kənddə yuva salması insanları narahat edir. Onlar bu heyvanların aidiyyatı qurumlar tərəfindən ərazilərindən uzaqlaşdırılmasını istəyirlər.

Sərdar Məmmədov / Metbuat.az

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR