"Sumqayıt" üçün "Bakı" və "Neftçala"

"Sumqayıt" üçün "Bakı" və "Neftçala"
16:17 12 Yanvar 2015
159 İdman
Ölkə mətbuatı
A- A+

"Sumqayıt" Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsi üçün hazırlığı davam etdirir. Fanat.az xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. 


"Sumqayıt" sabahdan təlim-məşq toplanışına oturacaq. Komanda hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 14-də "Bakı"ya qarşı keçirəcək. Həmin qarşılaşma saat 14.00-da "Kapital Bank Arena"da keçiriləcək.


Yeri gəlmişkən, "Sumqayıt"ın əvəzediciləri də yanvarın 14-də, saat 11.30 I divizion təmsilçisi "Neftçala" ilə doğma arenada üz-üzə gələcək.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR