Səudiyyə Ərəbistanı şahzadəsi: “Neftin qiyməti artıq heç vaxt 100 dollara qədər artmayacaq”

Səudiyyə Ərəbistanı şahzadəsi: “Neftin qiyməti artıq heç vaxt 100 dollara qədər artmayacaq”
16:17 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 16:13 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Neftin bir barrelinin qiyməti artıq heç vaxt 100 dollara qədər yüksəlməyəcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid ibn Talal Əl Saud “USA Today” nəşrinə müsahibəsində bildirib.

 

“Neftin tədarükü hazırkı səviyyədə qalar, tələb isə bu cür zəif olarsa, ən yaxşı halda qiymətlərin düşməyə davam edəcəyinə hazırlaşmaq lazımdır. Tədarüklər azalarsa, tələb isə artarsa, qiymət yüksələ bilər. Lakin əminəm ki, biz artıq heç vaxt neftin 1 barelinin 100 dollar olacağını görməyəcəyik”, - deyə şahzadə qeyd edib.

 

O dünya bazarında təklifin həcminin azalması və qiymətlərin artmasına nail olmaq üçün iri neft istehsalçılarının hasilatın azalmasına dair razılığın əldə olunacağına şübhə ilə yanaşıb: “Bu, demək olar ki, mümkün deyil. Biz OPEC-ə üzv olan, həm də olmayan bütün ölkələrə güvənə bilmərik. 1980-ci və 1990-cı illərdə Səudiyyə Ərəbistanı hasilatın həcmini azaltdı. Amma qalan ölkələr bizi aldatdı və bazarın bizə məxsus olan bir hissəsini zəbt etdilər”.

 

Şahzadə eyni zamanda neftin qiymətinin kəskin düşməsinin səbəblərini geosiyasi hadisələr və ABŞ, o cümlədən müttəfiqlərinin Rusiyaya təzyiq göstərmək məqsədilə irəli sürülən ehtimalları qətiyyətlə təkzib edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR