Baş Prokurorluq Qaradağda yol qəzası törədən sürücünün həbsi barədə məlumat yayıb

16:17 12 Yanvar 2015
149 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 16:12 ]


Bakı. Fuad Cəfərov -APA. Qaradağ rayonunda ağır yol qəzası törədən sürücü həbs edilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 9-da saat 09 radələrində Cabbarov Yasin Çərkəz oğlu idarə etdiyi “Nexia” markalı 25-BE-270 dövlət nömrə nişanlı avtomobillə Qaradağ rayonu ərazisində, Bakı-Salyan yolunun 14-cü km-də Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili yolun sağ kənarında quraşdırılmış dəmir yolayrıcına vurub. Nəticədə avtomaşında olan sərnişinlər Sadıqov Altay Elman oğlu və Hacıyeva Yasəmən Talıb qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, avtomobildə olan digər sərnişin Bayramova Həcər Faiq qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Y. Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR