Ermənilər bu əsgəri axtarır (FOTO)

Ermənilər bu əsgəri axtarır (FOTO)
16:21 12 Yanvar 2015
167 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan polisi 102-ci Rusiya hərbi bazasının qullluqçusu Valeri Permyakovu axtarır.

ANS PRESS-in məlumatına görə, hərbçi Gümrüdə altı nəfərdən ibarət erməni ailəsi üzvlərini güllələməkdə şübhəli bilinir. Erməni polisi müqavilə əsasında xidmət keçən əsgərin fotosunu yayaraq onun tapılmasında əhalidən kömək gözləyir.

Qeyd edək ki, bu gün səhər Ermənistanın Gümrü şəhərində dəhşət yaşanıb.

ANS PRESS-in məlumatına görə, bir ailənin altı üzvü güllələnib. Erməni mətbuatının yaydığı məlumatda, hadisənin Myasnikyan küçəsindəki evdə baş verdiyi deyilir. Güllə yarası alanlardan beşi hadisə yerində keçinib.

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR