DÇ-2018-in ilk finalçısı müəyyənləşdi

DÇ-2018-də yarımfinal mərhələsində ilk oyun yekunlaşıb.

Metbuat.az xəbər verir ki, Belçikanı minimal hesabla məğlub edən Fransa millisi ilk finalçı olub. Gərgin keçən qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb.

Fransızlardan yeganə qolu matçın 51-ci dəqiqəsində Samuel Umtiti vurub.

Qeyd edək ki, sabah keçiriləcək ikinci yarımfinalda Xorvatiya və İngiltərə yığmaları üz-üzə gələcək.

DÇ-2018

1/2 final

Fransa – Belçika - 1:0


Gəncədə etiraz aksiyasının qarşısı alındı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR