Xatun Fatiməyə söz atdı

Müğənni Xatun Əliyeva sosial şəbəkədə müzakirələrə səbəb olan paylaşım edib.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, dodağı silikonlu gəncin fotosunu paylaşaraq şou-biznes üzvlərindən birinə atmaca atıb.

O, paylaşıma yazdığı şərhdə söz atdığı şəxsin həm rəqqasə, həm də müğənni olduğunu bildirib. Bu rəydən sonra instaqram istifadəçiləri Xatunun Fatimə Fətəliyevaya ismarış göndərdiyini iddia ediblər.

Müğənni bundan başqa rəqqasənin dodağına da sataşıb: “Bu fotonu gördüm, biri yadıma düşdü. Ona müğənnimi, rəqqasəmi, düşükmü, ev yıxanmı deyim! Çıxıb efirdə utanmaz-utanmaz danışır, ağıl verir, akademiklik edir. Deyir ki, mənim dodaqlarım anadan gəlmədir, silikon yoxdur.

Son xəbərdarlığımı edirəm. Sən bir də ora-burda məndən danışsan, şərlər atsan, müğənnilərə yalan sözlər desən, onlarla aramı vursan səni rüsvay edəcəm. İki dəfə yaxınlarına xəbərdarlığımı etmişəm, bu da üçüncü olsun. Get yalan, bədbaxt həyatını yaşa! Məndən əl çək. Bütün bu sözləri ünvanlıd deyirəm”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Xatunla Fatimənin dava etməsi barədə məlumat yayılmışdı. Qalmaqal Xatunun xına evi açaraq Fatiməyə rəqib olmasından sonra başlamışdı. Rəqqasə sahib olduğu gözəllik mərkəzində çalışan Xatunun qardaşı Balaşı işdən çıxarmışdı.

Elmar Vəliyevdən XƏBƏR VAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR