Uşaqlar üçün qida əlavələri barədə tələblər AÇIQLANDI

Uşaqlar üçün qida əlavələri barədə tələblər AÇIQLANDI
14:33 12 İyul 2018
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nı təsdiq edib.

Publika.az xəbər verir ki, Qayda bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) dərman vasitələri ilə eyni tərkibli olub-olmamasını müəyyən etmək məqsədi ilə ekspertizanın aparılması qaydasını tənzimləyir. Bu Qayda şəxsi istifadə məqsədi ilə idxal olunan BFQMƏ-yə şamil edilmir.

BFMQƏ qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. Bioloji fəallığa malik qida əlavələrinin ekspertizası Səhiyyə Nazirliyin təsdiq etdiyi sənədlərin tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bunun üçün BFMQƏ-nin tərkibində 14 yaşdan yuxarı böyüklər üçün qidaya əlavə olunan bioloji fəal maddələrin gündəlik istehlak miqdarı və enerji dəyəri, istehsalda istifadə olunan vitaminlərin, vitaminəbənzər maddələrin və mineral maddələrin formaları, istehsalı zamanı istifadəsinə yol verilməyən tərkibində qadağan olunan narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, güclü təsir edən və ya zəhərli maddələr olan bitkilər və onların emal məhsulları, birkomponentli BFMQƏ-nin tərkibində istifadəsinə yol verilməyən bitkilər və onların emal məhsulları, 4-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş BFMQƏ-nin istehsalında istifadə olunan bitki xammalının növlərinin siyahısı qeyd edilməlidir. Eləcə də,4 yaşına qədər uşaqlar üçün nəzərdə tutulmuş bitki çaylarının istehsalında istifadə olunan bitki xammalının növlərinin, insan orqanizmi üçün qida kimi təhlükəli hesab olunan heyvan orqanları, toxumaları və onların emal məhsullarının, istehsalı zamanı istifadəsinə yol verilməyən mikroorqanizmlərin siyahısı, istifadə təlimatının tərtibatına dair tələblər göstərilməlidir.

BFMQƏ-yə dair ekspertiza rəyi 1 il müddətində etibarlıdır və eyni istehsalçının eyni adlı BFMQƏ-ni Azərbaycana idxal edən digər şəxslərə də şamil olunur. Ekspertiza rəyləri kağız və elektron daşıyıcılarda Dövlət Gömrük Komitəsinə və Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/247152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR