Play Store

“Google Pay” servisində istifadəçilər arasında pulköçürmə funksiyası istifadəyə verilib

“Google Pay” servisində istifadəçilər arasında pulköçürmə funksiyası istifadəyə verilib
15:35 12 İyul 2018
Ölkə mətbuatı
A- A+

“Google Pay” şirkəti “Google Pay” ödəniş servisini yeniləyərək onun imkanlarını genişləndirib.  

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, məlumata görə, “Google Pay” və “Google Pay Send” əlavələrinin funksionallığı birləşdirilib. İndi servis istifadəçiləri arasında pul göndərmək və tələb etmək mümkündür. Lakin funksiyadan hazırda yalnız ABŞ istifadəçiləri yararlana bilər. Bundan başqa, hesabı bir neçə nəfər arasında bölmək olar - 5 nəfərədək iştirakçı dəstəklənir.

Digər yeniliklər arasında enmə talonları, konsert biletləri, loyallıq kartları, hədiyyə kartlarının və s. saxlanılması qeyd olunur.

Ödənişlər haqqında informasiyanı həm əlavə, həm də internet interfeysi vasitəsilə idarə etmək mümkündür. Bütün informasiya “Google Account” vasitəsilə sinxronlaşdırılır.

Xatırladaq ki, 2018-ci ilin əvvəlində istifadəyə verilən “Google Pay” servisi “Android Pay” və “Google Wallet” ödəniş servislərini vahid brend altında özündə birləşdirir.  

Nizam Nuriyev




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR