Qədim Gəncə gəncləşir - 2015 (FOTO)

Qədim Gəncə gəncləşir - 2015 (FOTO)
16:43 12 Yanvar 2015
238 Sosial
Ölkə mətbuatı
A- A+

Dünyaya Nizami, Məhsəti, Vazeh kimi dahilər bəxş edən Gəncə qədimliyini saxlamaqla günü-gündən müasirləşir, gözəlləşir, inkişaf edir. İqtisadi yüksəliş, sosial tərəqqi, mədəni intibah son illər qədim Gəncənin tarixi reallığıdır.

Qürur hissi ilə demək olar ki, abadlıq, quruculuq işlərinin müasir və milli memarlıq elementləri əsasında aparılması, şəhərin tarixi imicinə xələl gəlmədən müasir şəhərsalma prinsipləri tam qorunur. Bütün bu uğurların mərkəzində isə ulu önər Heydər Əliyevin hazırladığı və tətbiqinə start verdiyi düşündürücü konsepsiyalar dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin hər dəfə olduğu kimi, sonuncu səfəri çərçivəsində də Gəncənin gələcək inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyələr şəhər İcra Hakimiyyətinin fəaliyyətinin əsasını təşkil edib. Uzaqgörən bir siyasətin bəhrəsini indi bütün Azərbaycan xalqı kimi, gəncəlilər də görür. Ən başlıcası, xalqın sosial həyat şəraiti yaxşılaşır, yeni iş yerləri açılır, milli və mənəvi dəyərlərimizə həssaslıqla yanaşılır.

Gəncədə gedən dinamik və hərtərəfli inkişaf bir daha təsdiq edir ki, zəngin tarixi, güclü ziyalı qüvvəsi, əvəzedilməz sənaye potensialı olan qədim şəhər Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə müqayisə olunmaz dərəcədə dəyişir, gözəlləşir, müasirliyə doğru hər gün yeni bir addım atır. Zaman gələcək Gəncə milli memarlığını qoruyub saxlamaqla inkişaf tarixində də əbədi yer tutacaq, dünyanın aparıcı şəhərləri ilə müqayisə ediləcək dərəcədə gözəlləşəcəkdir. Çünki Gəncənin inkişafı ayrı-ayrı fərdlərin yox, dövlətin aparıcı siyasət xəttini təşkil edir.

Şəhərimizdə yaradılan bir-birindən gözəl muzeylər və mərkəzlər Gəncəmizə xüsusi yaraşıq verməklə tariximizi yaşadır, vətənə sevgi duyğuları aşılayır. Son illərdə gəncəlilərin və şəhərimizə gələn qonaqlarin böyük marağına səbəb olan Heydər Əliyev Mərkəzi, ulu öndərin adını daşıyan Park-Kompleksdə inşa edilən Zəfər Tağı, Amfiteatr, süni göl, Nizami Gəncəvi Muzeyi, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi, klassik memarliq üslubunda tikilmis Məhsəti Gəncəvi Mərkəzi,Müasir İncəsənət Muzeyi, Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzi qiymətli və zəngin eksponatları ilə qədim Gəncənin möhtəşəm tarixi kecmişini, maddi və mənəvi sərvətini əks etdirməklə hər birimizdə qürur hissi yaradır. Bu muzey və mərkəzlər böyuk bir xalqin qüdrətindən, istedadından söhbət açır.

Gəncə öz tarixinin inkişaf dönəmini böyük coşqu ilə yaşayır, tarixləşir. Müasirliyin, qədimliyin əhatəsində əbədiliyini qazanır və danılmaz həqiqətdir ki, Gəncə bu gün özünün intibah dövrünü yaşayır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR