Azərbaycanın tanınmış akademiklərinin adına yeni güllər ixtira edildi (FOTO)

Azərbaycanın tanınmış akademiklərinin adına yeni güllər ixtira edildi (FOTO)
16:43 12 Yanvar 2015
208 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və ölkənin tanınmış daha 3 akademikinin adına yeni qızılgül sortları ixtira edilib.

AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru, ölkədə qızılgüllərin seleksiyası və intraduksiyası (iqlimə uyğunlaşdırılması) ilə məşğul olan yeganə alim Asəf İsgəndərov Trend-ə bildirib ki, bu yaxınlarda seleksiya və hibridləşmə üsulu ilə qızılgülün əvvəlki güllərdən tamamilə fərqlənən 12 yeni sortunu yaratmağa nail olub. Yeni güllər “Akademik Akif Əlizadə”, “Akademik Cəlal Əliyev”, “Akademik Əhliman Əmiraslanov”, “Akademik Tofiq Hacıyev”, “Aysel”, “Emin”, “28 May”, “Xumar xanım”, “Leyla”, “Nigar”, ”Abşeron kapriççiosu” və “Qədim Gəncə” adlanır.

A.İsgəndərov deyib ki, akademiklərin adına verilmiş 4 yeni qızılgül sortu onlara AMEA Rəyasət Heyətinin yanvarın 21-də keçiriləcək iclasında təqdim ediləcək.

Qızılgüllərin yeni sortlarının ən azı 5-6 ilə əmələ gəldiyini deyən alim qeyd edib ki, bir müddət əvvəl qızılgülün 9 yeni sortunu əldə etmişdi. Yaxın zamanlarda həmin sortlar da daxil olmaqla, ümumilikdə 21 yeni qızılgül sortu üçün müəlliflik şəhadətnaməsi almaqdan ötrüSeleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına müraciət edəcək.

A.İsgəndərovun sözlərinə görə, yeni sortlar AMEA-nın 70 illiyi ilə bağlı qızılgüllərlə əlaqədar yeni hazırlanan kataloqa da daxil edilib. Kataloqa kompleks bioloji və təsərrüfat ədəmiyyətli göstəricilərinə görə fərqlənən 167 sayda qızılgül növ və sortu daxil edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR