Eden Azar tezliklə “Çelsi”dən ayrıla bilər

Eden Azar tezliklə “Çelsi”dən ayrıla bilər.

Metbuat.az-ın məlumatına görə, bununla bağlı Belçika milllisinin üzvü deyib:

“Çelsi”dəki 6 uğurlu ildən sonra mümkündür ki, karyeramda yeni səhifə açım. Xüsusən də bu dünya çempionatından sonra.

Mən yalnız “Çelsi”də qalıb-qalmaq istəmədiyimi müəyyənləşdirə bilərəm. Yekun qərarı klub qəbul edəcək. Rəhbərliyin məni buraxıb-buraxmayacağını bilmirəm. Hər halda, getmək istədiyim klubun adını çoxları bilir”.

Qeyd edək ki, Azar ad açıqlamasa da, onun “Real”a getmək istədiyi ehtimal olunur. Çünki dünya çempionatının bürünc medalçısı dəfələrlə “Kral klubu”nun formasını geymək istədiyini bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR