8K formatında video ötürməyə imkan verəcək standart təsdiq edilib

8K formatında video ötürməyə imkan verəcək standart təsdiq edilib
16:51 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“MHL Consortium” təşkilatının elan etdiyi yeni “SuperMHL” standartı və simmetrik konnektor formatının köməyi ilə saniyədə 120 kadr tezlik və 48 bitlik rəngdə 8K (7680×4320 nöqtə) formatında videonun ötürülməsi mümkün olacaq.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, bu standartda buraxılış qabiliyyətinin artırılmasından başqa, bir ekosistemdə bir neçə qurğu (televizor, Blu-ray pleyer və s.) birləşdirmək mümkün olacaq ki, bu da bir uzaqdan idarəetmə pultunun köməyi ilə onları idarə etməyə imkan verəcək.
 
Yeni “SuperMHL” konnektorunun simmetrikliyi onun mühüm xüsusiyyətidir. Yeni standartın spesifikasiyaları artıq cari ayda elektron qurğu istehsalçılarına əlçatan olacaq, ancaq “SuperMHL” standartını dəstəkləyən ilk qurğuların yaranmasını hələ bir neçə il gözləmək lazımdır.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34712-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR