Güclü yağış 216 nəfərin həyatına son qoydu - FOTO

Güclü yağış 216 nəfərin həyatına son qoydu - FOTO
10:13 15 İyul 2018
118 Dünya
Ölkə mətbuatı
A- A+

Günlərdir davam edən kəskin hava şəraiti, güclü yağış və leysanlar nəticəsində Yaponiyada 216 nəfər həlak olub.

Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, bir o qədər insan isə itkin düşüb.

Son məlumatlara görə, yüzlərlə insanın axtarışları davam etdirilsə də, aralarında azyaşlıların da olduğu 120 nəfərin sağ qaldığına dair ümid yoxdur. Polis və xilasedici briqadanın əməkdaşları gücləndirilmiş iş rejimində axtarışlara davam edir. Bütün ölkə üzrə minlərlə könüllü Yaponiyanın qərb rayonlarına gələrək təbii fəlakət nəticəsində zərəçəkənlərə yardım göstəriblər.

Yaponiyanın 47 qərb bölgəsindən 31-ində daşqınlar və sürüşmələr nəticəsində ən azı 160 yaşayış evi tamamilə məhv olub, təxminən 700 yaşayış evinə ciddi ziyan dəyib. 25 mindən çox müəssisə su altında qalıb. Evlərinə qayıtmaq imkanlarını itirən 6 minə yaxın ailə müvəqqəti çadırlara köçürülüb. Yaponiyada vəziyyət ağır olaraq qalıb.

Xatırladaq ki, ötən həftədən davam edən güclü leysan yağışları və "Prapirun" fırtınası Yaponiyanın qərb əyalətlərində ciddi faciələrə səbəb olub. Çaylarda suyun səviyyəsinin qalxması və sürüşmlər səbəbindən çoxsaylı yaşayış evləri dağılıb. Yaponiyada 1953-cü ildən davam edən bənzər daşqınlar içərisində ölənlərin sayına görə ən dəhşətlisi bu hesab olunur. Ölkənin qərbində Kyusyun adasında baş verən sunami nəticəsində 759 insan həlak olmuş, 450 mindən çox insan evlərindən məhrum olmuşdur.

Könül


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/247411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR