Kabildə terrorçu-kamikadze nazirliyin

Terrorçu-kamikadze Kabildə Əfqanıstanın Kənd Rayonlarının İnkişafı Nazirliyinin darvazansının yanında partlayış törədib.

Metbuat.az-ın məlumatına görə, hadisə nəticəsində 10-a yaxın adam yaralanıb, ölənlər var.

Daxili işlər nazirliyinin mətbuat xidmətinin məlumata görə, partlayış binanın girişində bazar günü günün ikinci yarısında baş verib. Terrorçu-kamikadze o zaman hücuma edib ki, nazirliyin əməkdaşları iş günü başa çatdıqdan sonra binanı tərk edirdilər.

Hələlik reqionda heç bir qruplaşma şəhərdə baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR