Bakıda çökmüş yolun altında baxın nə tapıldı

Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Facebook" səhifəsində məlumat paylaşıb.

"Ehtimal olunur ki, bu ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir. Ətraflı bununla bağlı sabah məlumat veriləcək”, - deyə Nəcəfli bildirib./ Qaynarinfo


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR