Futbol üzrə DÇ-nin final matçında

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının final oyununda maraqlı anlar yaşanıb.

Metbuat.az-ın məlumatına görə, Fransa və Xorvatiya milli komandaları arasında keçirilən final matçının 51-ci dəqiqəsində iki azarkeş qaçaraq stadiona daxil olub. Hakim oyunu saxlayıb. FİFA əməkdaşları stadiona daxil olanları çıxardandan sonra oyun davam etdirilib.

Rusiya mətbuatının yazdığına görə, stadiona daxil olanlar "Pussy Riot"un üzvləri olub. Onların "Milisioner oyuna daxil olur" aksiyası çərçivəsində bu hərəkəti etdikləri bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR