Gəncədə borc qalmaqalı (VİDEO)

Gəncədə borc qalmaqalı (VİDEO)
16:51 12 Yanvar 2015
179 Sosial
Ölkə mətbuatı
A- A+

Gəncə sakini İntizam Cəfərov 25 min manat borcunu geri ala bilmir.

ANS TV-nin məlumatına görə, hazırda Gəncədə yaşayan təqaüdçü İntizam Cəfərov tanışına verdiyi borcunu 6 ildən çoxdur ki, geri ala bilmir. Borcun qaytarılması ilə bağlı məhkəmənin verdiyi qərar indiyə qədər icra olunmayıb. Şikayətçi bildirib ki, o 2008-ci ildə notarial qaydada tanışı Eşqin Əmrahova 8 aylıq müddətinə 25 min manat pulu borc kimi verib. Sonra isə qarşı tərəf müxtəlif bəhanələrlə pulu verməkdən imtina edib. Bu zaman polisə müraciət edən zərərçəkənin işi 3 il araşdırılıb. Ardınca isə Göygöl rayon məhkəməsində sübuta yetirilib ki, həqiqətən də Eşqin 25 min manatı İntizam Cəfərovdan alıb və qaytarmayıb.

Uzunçəkən çək-çevirdən sonra sonuncu məhkəmə qərarında göstərilib ki, Eşqin Əmrahov borcverən şəxsə pulu aylıq hissə-hissə qaytarmalıdır. Qarşı tərəf isə indiyə kimi müxtəlif təzyiqlərdən sonra borcun cəmi 5 min manata yaxınını ödəyib.

Şikayətçi İntizam Cəfərov deyir ki, Eşqin hər ay müddətinə 1691 manat ödəməli idi. Amma yeddi aydı ki, heç bir ödəniş yoxdur.

İntiqam Cəfərov bildirib ki, problemlə bağlı məhkəmə qərarları onun xeyrinədir. Lakin məhkəmə qərarı icra olunmadığından o pulunu qarşı tərəfdən geri ala bilmir. Qarşı tərəfin isə bunu ödəmək üçün mülkləri və maddi imkanı var.

Hadisədə adı hallanan Eşqin Bayramovla əlaqə saxlamağa çalışsaq da o telefonlara cavab vermədi. Məhkəmə qərarının icra olunmaması ilə bağlı iddiaya cavab olaraq Göygöl rayon icra qrupundan bildirdilər ki, İntizam Cəfərov Eşqin Bayramova məxsus olan mülklərin borc əvəzi ona verilməsindən imtina edib. Buna görə də qanunun tələblərinə uyğun olaraq o Bayramova məxsus mülklərin satılmasını gözləməli olacaq.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR