Qoç - günün ilk yarısından ailə işləri və
məişət qayğıları prioritet kəsb edəcək. Daşınmaz əmlak və
mülkiyyətlə bağlı çətinlikləri hövsələsiz şəkildə çözməyə
çalışmayın. Dəyər verdiyiniz insanlarla təmaslarınızda nə qədər
səmimi olsanız, məqsədə bir o qədər tez çata bilərsiniz.
Günün ikinci yarısında cari proseslərdən kənarda qalmağa can
atmayın. Köhnə layihələrdən birini yarımçıqlıq durumundan xilas
edin. Yaşam və ya fəaliyyət arealında nizam yaradın.
Axşam saatlarında normal istirahət edin.
Buğa - maraqlı ideyalar, möhtəşəm ideyalar
ortaya çıxacaq və bunları tezliklə həyata keçirə biləcəksiniz.
Şərait heç də həmişə siz istədiyiniz kimi alınmır, ancaq qarşınıza
qoyduğunuz məqsədlərə çatmağınıza da mane olmur. Pul ala
bilərsiniz, maliyyə məsələləri sizin xeyrinizə həll olunacaq.
İntellektual işlərlə, mürəkkəb məsələlərlə məşğul ola bilərsiniz.
Gün, həmçinin təhsil, imtahan vermək, elm adamları ilə təmaslar
üçün münasibdir. Xırda səfərlər maraqlı və xoş, uzunmüddətlilər isə
yorucu və bəhrəsiz olacaq.
Əkizlər - səhər saatlarından etibarən aktiv
işləmək məcburiyyətindəsiniz. İşlər, məişət qayğıları çoxdur.
Maliyyə məsələlərinin çözümündə aktiv olun. Başqalarının
yardımlarına bel bağlamayın. Müstəqil davranın.
Günün ikinci yarısında işgüzar təmaslar və əlaqələr karyerınızda
irəliləyişə təkan verəcək. Əlavə gəlir mənbəyi üçün yaxşı imkan
yaranıb.
Axşam saatlarını ailənizlə birgə istirahətdə keçirin.
Xərçəng - ciddi problemləriniz yarana bilər,
elə bilməyin ki, işdə yaranan çətinliklərin öhdəsindən asanlıqla
gələcəksiniz. Adi vəzifələrinizi yerinə yetirmək bu gün ağırdır.
Qadınlarla dil tapmaq xüsusilə çətindir, emosiyalarınıza nəzarət
etməsəniz, münaqişədən qaçmaq mümkün olmayacaq. İri sövdələşmələr
bağlamaq məsləhət görülmür.
İşgüzar aktivliyinizi azaldın. Dincəlin, yaxınlarınızla vaxt
keçirin. Axşam evdə oturun, ziyafətə getməyin. Sevgililər arasında
ciddi fikir ayrılığı yarana bilər.
Şir - əvvəlcədən hazırladığınız plana riayət
edin. Müstəqil çalışsanız, kənardan təsirlərə aldanmasanız,
işləriniz daha yaxşı olacaq. Önəmli məsələləri privat şəkildə,
tet-a-tet müzakirə edin.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın. Səyahət,
ezamiyyət zərurəti istisna deyil.
Kommersiya və ya bizneslə məşğul olursunuzsa, fəaliyyət çevrənizi
genişləndirin. Müştərilərin sayı çox, ticarət və xidmətlər daha
geniş çeşiddə olmalıdır.
Axşam saatlarında dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.
Qız - günün emosional fonu yaxşı deyil. Siz
vurnuxur, səbəb olmadan tez-tez qərarlarınızı dəyişirsiniz. Mənasız
və gərəksiz yerə əsəbləşir, başqa vaxt əhəmiyyət verməyəcəyiniz
hadisələri ürəyinizə salırsınız. Təhsildə problemləriniz yarana
bilər.
Kömək üçün yaxın adamınıza müraciət edin, indi sizin dəstəyə
ehtiyacınız var. Qəlbinizi sevindirmək üçün xırda-para əşyalar ala
bilərsiniz, amma çox pul xərcləməyin. Təklikdə səfərlərə çıxmayın.
Dostlarla isə lap dünyanın o biri başına da gedə bilərsiniz.
Tərəzi - günün ilk yarısından etibarən cari
məsələlərin həlli ilə məşğul olun. Rutin məqamlar sizi
usandırmamalı, yoldan döndərməməlidir. Enerji və qüvvənizi ikinci
dərəcəli məsələlərə sərf etməyin. Bütün diqqəti əsas işə
yönəldin.
Günün ikinci yarısında emosional olmayın, əsəbi davranmayın. Qarşı
tərəfin fikirlərini və mövqeyini nəzərə alın. Həmkarlarla, işgüzar
tərəfdaşlarla münasibətlərin gərginləşməsi istisna deyil.
Axşam saatlarını ailəyə sərf edin.
Əqrəb - günün ilk yarısından etibarən maraqlı,
hadisələrlə zəngin gün olacaq. Ötənlərin təcrübəsi karınıza
gələcək. Peşəkar bacarıqlarınızdan və yaradıcı potensialınızdan
istifadə edin.
Günün ikinci yarısında məlumat və informasiyaları artırın. Əlavə
biliklər əldə edin. Bacarıqlarınızı, təcrübənizi reklam da edə
bilərsiniz. Real və ucuz iş görənlərə tələbat artacaq.
Şəxsi münasibətlərdə mənasız, əsassız qısqanclığa qapılmayın.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - Məhsuldar gündür, istənilən problemin
həllinə həvəslə girişirsiniz. Bunların arasında əvvəl həllolunmaz
hesab etdikləriniz də var. Özünüzə çox güvənirsiniz, amma məntiqi
düşüncəniz də bu gün "axsamır". İşdə uğurlar gözlənilir,
biznesinizi genişləndirə bilərsiniz.
İdmanla, fiziki işlə məşğul olmaq, açıq havada aktiv istirahət
məsləhətdir. Uzunmüddətli planlar qura bilərsiniz. Bunu həm
təkbaşına, həm də yaxınlarınızla edə bilərsiniz. Nüfuzlu şəxslərlə,
dövlət idarələrinin işçilərilə görüşlər yaxşı keçəcək.
Oğlaq - məhdudiyyət və yasaqların gücünü hiss
edəcəksiniz. İstəklərinizlə arzularınız sizi illüziyalar aləminə
aparmamalıdır. Situasiyaya uyğunlaşın, şəraiti real dəyərləndirin.
Həmkarlarınız və şəriklərinizin davranışlarına fikir verin.
Günün ikinci yarısında bəzi motivlərdəki anlaşılmazlıq sizdə
tərəddüd yarada bilər. Gərgin anlarda soyuqqanlı olun. Axşam
saatlarında şəxsi münasibətlərdə zəruri kompromisi tapın.
Emosiyalarınıza nəzarət edin.
Dolça - günün ilk yarısında problemlərin və
maneələrin sayı artacaq. Fəaliyyət planını müstəqil təyin edin.
Çətinliklərin həllində yaralıcı təxəyyülü işə salın. Rutin
məsələlərin çözülməsindən yayınmayın.
Günün ikinci yarısında hədəfləri və ya məqsədləri təftiş etmək
olar. Prosedurlar arasında ən effektivini, realını seçin.
Yaxınlarınız və qohumlarınızla münasibətlərdə qarşılıqlı anlaşma
xüsusi əhəmiyyət kəsb edəcək.
Sayğılı, qayğıkeş olun.
Balıqlar - qarşınıza qoyduğunuz məqsədə çatmaq
üçün bir qədər də iradəli və qətiyyətli olun. Karyeranızda önəmli
rol oynayan insanla münasibətləri kəskinləşdirməyin. Soyuqqanlı
davranın.
Günün ikinci yarısında diqqətsizlik kə ehtiyatsızlıq ciddi səhvlərə
səbəb olmamalıdır. İntuisiyanıza güvənin. Təhtəlşüur sizə ən çətin
situasiyalarda çıxış yolunu göstərəcək.
Sevdiyiniz insanla təmasları axşam saatlarında aktivləşdirin. Birgə
gəzintiyə və ya əyləncəyə yollanmaq olar (Milli.Az).