Bakıda 8 otaqlı evdə yanğın baş verib

Bakıda yanğın olub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın şəhərin Xəzər rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR