Sabunçuda "Mercedes" 45 yaşlı kişini vurub öldürdü

Sabunçuda "Mercedes" 45 yaşlı kişini vurub öldürdü
10:47 16 İyul 2018
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunda maşın naməlum piyadanı vurub öldürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində baş verib.

Bağırov Əbülfəz Mirzə oğlu idarə etdiyi 45-BB-444 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Zabrat-2 qəsəbəsindən Məhəmmədi kəndinə gedərkən təxminən 44-45 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hələlik piyadanın şəxsiyyəti məlum deyil.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/668329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR