Xanım və kişi prezidentin tribunada SƏMİMİ GÖRÜNTÜLƏRİ: Putinin gözü qarşısında... - FOTO

Xanım və kişi prezidentin tribunada SƏMİMİ GÖRÜNTÜLƏRİ: Putinin gözü qarşısında... - FOTO
12:33 16 İyul 2018
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, dünən futbol üzrə Dünya Çempionatının final mərhələsində Fransa və Xorvatiya yığmaları qarşı-qarşıya gəlib.

Publika.az-ın məlumatına görə, möhtəşəm finalı Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç, Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino tribunada birgə izləyiblər. Tribunadan oyunu izləyənlər arasında Fransa prezidenti Makronun xanımı Bricit Macron da olub.

Fransanın 4-2 üstünlüyü ilə bitən matçda qollar vurularkən, prezidentlər “Fair Play” nümayiş etdirərək bir-birilərini təbrik ediblər. Finala iki ölkə prezidentinin səmimi görüntüləri damğa vurub.

Final matçından sonra mükafatlandırma mərasimi zamanı yağış maraqlı görüntülərə səbəb olub. Mühafizəçiləri Rusiya prezidenti Vladimir Putini yağışdan qoruyarkən, FİFA-nın prezidenti Canni İnfantino, Fransa prezident Makron, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç yağışdan qaçmayıb. Makronla Kolinda bir-birinə qucaqlaşaraq sevinclərini paylaşıblar.

Xorvatiya prezidentinin futbol millisinin baş məşqçisi Zlatko Dalici təsəlli etməsi anları da xüsusilə maraq kəsb edib. Son günlərdə dünya mətbuatının diqqət mərkəzində olan Kolinda Qrabar-Kitaroviç daha sonra turnirin ən yaxşı oyunçusu seçilən Luka Modriçi bağrına basaraq səmimi şəkildə təbrik edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/foto/247495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR