Bakıda tuneli bağlayıb əylənən gənclər kimlərdir? - VİDEO

Bakıda tuneli bağlayıb əylənən gənclər kimlərdir? - VİDEO
12:37 16 İyul 2018
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda tunellərin birinin altında gözlənilməz hadisə baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, toya getməyə hazırlaşan bir qrup gənc maşınları ilə tuneli bağlayıb. Bundan sonra isə rəqs etməyə başlayıblar. 

Bu vəziyyət sürücülərin narazılığına səbəb olub. Digər sürücülər hadisəyə etiraz olaraq dayanmadan siqnal verməyə başlayıblar. 

Qeyd edək ki, videonu paylaşanlar tuneli bağlayanların məmur övladları olduğunu iddia ediblər. 

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlasaq da, onunla danışmaq mümkün olmayıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda tuneli bağlayıb əylənən gənclər kimdir?


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/668360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR