Duterte Allahdan üzr istədi - VİDEO

Duterte Allahdan üzr istədi - VİDEO
23:48 16 İyul 2018
55 Digər
Ölkə mətbuatı
A- A+

Filippin prezidenti Rodriqo Duterte Allahın ünvanına təhqiredici sözlər söylədiyi üçün ondan üzr istəyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Filippin liderinin rəsmi Feysbuk səhifəsində dərc edilmiş videoya istinadən “Fox News” bildirir.

Qeyd edilir ki, prezident Allahı “küt” adlandırdığı və onun ünvanına başqa təhqiredici sözlər dediyi üçün üzr istəyib.

“Mən başqa heç kim deyil, yalnız Allah qarşısında üzr istəyirəm”, - o deyib.

Onun sözlərinə görə, Allah onun üzrlərini eşitməkdən şad olardı.

“Niyə? Çünki mənim Allahım hər şeyi bağışlayandır. O keçmiş incikliklər xatırlamır”, - dövlət başçısı əlavə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/247567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR