6 otaqlı ev yanıb

6 otaqlı ev yanıb
23:52 16 İyul 2018
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə, ümumi sahəsi 100 m2 olan tövlənin yanar konstruksiyaları 70 m2 sahədə, içərisinə yığılmış 10 ton ot bağlamasının 6 tonu və yaxınlıqdakı digər vətəndaşlara məxsus ümumi sahəsi 280 m2 olan 3 tövlənin yanar konstruksiyaları 240 m2 sahədə, tövlələrin içərisində yığılmış 40 ton ot bağlamasının 19 tonu və 2 ton taxılın 500 kq yanıb.

Evin, tövlələrin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/668516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR