Bakıda xanım sürücü qəza törədib, xəsarət alan var - FOTO

Bakıda xanım sürücü qəza törədib, xəsarət alan var - FOTO
08:32 17 İyul 2018
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya uğrayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkətdə olan "BMW" markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı işığından keçərkən Azadlıq prospekti ilə hərəkətdə olan "Mercedes" ona çırpılıb. Nəticədə "BMW"-nin sürücüsü bədən xəsarətləri alıb.

Qəzadan sonra hər iki tərəf arasında mübahisə düşüb.

Əraziyə Post Patrul və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/668526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR