Gədəbəydə bacı 17 yaşlı qardaşını öldürdü

Gədəbəydə qətl hadisəsi baş verib.

Metbuat.az apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib. Kənd sakini 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyev boğaz nahiyəsindən bıçaqlanıb. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə S. Alıyev zarafatlaşan zaman bacısı, 1998-ci il təvəllüdlü Sevinc Alıyeva tərəfindən bıçaq xəsarəti alıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR