“YouTube”-dan yenilik

“YouTube” videohostinq platforması tərəfindən istifadəyə verilmiş “Copyright Match” aləti müəllif hüquqlarını pozan videoçarxların axtarışı üçün nəzərdə tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə belta.by saytı məlumat yayıb. Məlumatda bildirilir ki, videonun müəllifi öz çarxını alətə yükləyə bilər, həmin alət isə informasiyanı skan edərək sizin videoya oxşar məzmunu göstərəcək. Bundan sonra, sadəcə, xidmətin komandasına şikayət etmək qalır.

Bu xidmət yenidən yüklənmiş (yəni oğurlanmış) videolarla mübarizə aparmaq üçün hazırlanıb. İstifadəçilər “YouTube”dan videonu silməyi tələb edə, həmçinin videonu yükləmiş şəxslə birbaşa əlaqə yarada bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR