"Sınıq Körpü"də sıxlığın səbəbi açıqlandı

"Sınıq Körpü"də sıxlığın səbəbi açıqlandı
12:13 17 İyul 2018
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün sosial şəbəkələrdə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun sərnişin xəttində sərhədkeçmə prosesi zamanı müşahidə olunan sıxlığı əks etdirən video-təsvirlər yayımlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yay mövsümü ilə əlaqədar xaricə və eyni zamanda ölkəmizə səyahət edənlərin sayında ciddi artım müşahidə olunur. Xüsusilə iyulun 15-dən etibarən sutka ərzində "Sınıq Körpü" gömrük postunun idxal və ixrac sərnişin xətləri üzrə 12 minə qədər şəxs gömrük nəzarətindən keçib ki, bu da həmin gömrük postunun buraxılış potensialından dəfələrlə çoxdur.

Komitədən bildirilib ki, nəticədə günün bəzi saatlarında "Sınıq Körpü" gömrük postunun sərnişin keçid xəttində qısamüddətli sıxlıqlar müşahidə olunub: "Lakin gömrük orqanları tərəfindən dərhal həyata keçirilən tədbirlər nəticəsində sıxlıq aradan qaldırılır və gömrük postu normal iş rejimində fəaliyyət göstərir".

Qeyd edək ki, yaranan sıxlıqlar sadəcə sərnişin keçid xətlərində qeydə alınır, yük və minik nəqliyyat vasitələrinin keçidində hər hansı problem müşahidə olunmur.

Hazırda "Sınıq Körpü" gömrük postu normal iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və avtomobillərin gömrük nəzarəti prosesində hər hansı problem yoxdur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/247609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR