Bakıda arvadını öldürən kişiyə AĞIR CƏZA

Bakıda arvadını öldürən kişiyə AĞIR CƏZA
16:59 12 Yanvar 2015
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Ağstafa rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə R. Qurbanov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.   
 
Qeyd edək ki, Ramin Qurbanov keçən il iyunun 16-da Xətai rayonunda həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızını bıçaqlayaraq öldürüb. Hadisə qısqanclıq zəminində baş verib.   
 
Bildirlir ki, Ramin Qurbanov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. O, həyat yoldaşını izləməyə başlayıb və bir müddət sonra məlum hadisəni törədib. 


Ramin Qurbanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. 
 . 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR