İrandan qəfil hücum: Ordu bu ölkəni bombalamağa başladı -

İran ordusu İraqın şimalındakı Kürd Muxtariyyətinin paytaxtı Ərbil yaxınlığında yerləşən dağlıq bölgələrə top zərbələri endirib.

Metbuat.az xəbər verir ki, yerli mənbələr 8 kəndin yerləşdiyi bölgənin intensiv top atəşinə məruz qaldığını açıqlayıb.

İran müxalif İran-Kürdüstan Demokratik Partiyasına (İ-KDP) bağlı qüvvələrin Ərbilin dağlıq bölgəsində düşərgə saldığını hesab etdiyi üçün bu bölgəni bombalayıb.

Hücum nəticəsində ərazidə güclü yanğın baş verib. Əkin sahələri ciddi zərər görüb.

Çələbi bildirib ki, top atəşi açılandan sonra 3 kəndi boşaldıblar.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR