5 min il əvvəl ölən insanın mədəsini yardılar -

27 il əvvəl Alp dağlarındakı buzlaq ərazidə tapılan cəsəd üzərində araşdırmalar davam edir.

Metbuat.az xəbər verir ki, 5 min əvvəl öldüyü güman edilən insanın son yeməyi araşdırılıb. Bu məqsədlə onun mədəsi yarılıb. “Ötzi” adlandırılan insanın mədəsində çoxlu keçi yağı olub.Ehtimallara görə, onun son yeməyi keçi ətindən ibarət olub.

Qeyd edək ki, cəsəd buzluq ərazidə qaldığından xarici görünüşünü qoruyub. Cəsədin üzərində kəsici izlər olduğundan ölən şəxsin vaxtilə döyüşçü olduğu ehtimalı var.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR