Yerin ən dərin qatlarında kvadrilyon tondan çox almaz tapılıb

Yerin ən dərin qatlarında kvadrilyon tondan çox almaz tapılıb
21:19 17 İyul 2018
95 Digər
Ölkə mətbuatı
A- A+

Seysmik silkələnmələr nəticəsində alimlər yerin dərin qatlarında kvadrilyon tondan çox almaz ehtiyatı aşkar ediblər. Bu barədə “Azərtac“The Guardian” qəzetinə istinadla xəbər verib.

 

“Geochemistry, Geophysics, Geosystems” jurnalında dərc olunmuş məqalədə bu almaz ehtiyatlarının yerin 144-240 kilometr dərinliyində olduğu bildirilir. Massaçusets Texnoloji Universitetinin mütəxəssislərinin fikrincə, mövcud texniki imkanlar bu dərinlikdəki sərvəti çıxarmağa imkan vermir. Ən qədim almazlardan ibarət dağ tektonik süxurların altında yerləşir və onların dayağı funksiyasını yerinə yetirir. Onlar yer qabığının dərinlikləri və mantiyası boyu 320 kilometrədək yayıla bilər.

 

Massaçusets Texnoloji Universitetinin alimi Ulrix Faulun sözlərinə görə, yerin təkində bu qədər almazın olması göstərir ki, bu mineral geoloji miqyasda geniş yayılıb və heç də ekzotik daş deyil.

 

Dünyada yerin təkinə ən dərin qazıntı Sovet İttifaqında aparılıb. İyirmi il davam edən bu qazma işləri zamanı 12 kilometr dərinliyə çatmaq mümkün olub. Geoloqlar bildirirlər ki, almaz dağının olduğu dərinliyə qədər qazıntı aparmaq yaxın gələcəkdə mümkün olmayacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/305988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR