Türkiyədə Hrant Dinklə bağlı cinayət işində şübhəli bilinən iki polis haqqında həbs qərarı verilib

17:02 12 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 17:01 ]


Bakı. Rüfət Əhmədzadə - APA. 2007-ci ildə İstanbulda qətlə yetirilmiş “Agos” erməni qəzetinin baş redaktoru Hrant Dinklə bağlı cinayət işində şübhəli bilinən iki kəşfiyyatçı polis (Əmniyyət istihbarat şöbəsinin əməkdaşları) haqqında həbs qərarı verilib. APA-nın “Sabah” qəzetinin saytın istinadən yaydığı məlumata görə, polis məmurları Muhittin Zenit və Özkan Mumcu adlı şəxslər daha əvvəl Cümhuriyyət Prokurorluğunda ifadə veriblər. Onların polis tərəfindən saxlanılmasına baxmayaraq, növbətçi məhkəmə sərbəst buraxıb, bu qərara isə müstəntiq Gokalp Kökçü etiraz edib. Etirazı nəzərə alan növbətçi sülh cəza məhkəməsi həmin şəxslər barəsində həbs orderi verib. 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR