Bu il Azərbaycanda 6 min yeni ev tikilib

Bu il Azərbaycanda 6 min yeni ev tikilib
22:58 17 İyul 2018
Ölkə mətbuatı
A- A+

2018-ci ilin birinci yarısında Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 946,4 min kvadrat metr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Publika.az Trend-ə istinadən bildirir ki, yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 463,8 milyon manat olub, onun 89,3 milyon manatı dövlət, 374,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 6,0 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı və Sumqayıt şəhərlərində, Masallı, Tovuz, Qazax, Abşeron, Qəbələ, Şəmkir və Cəlilabad rayonlarında inşa edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/247667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR