Məşhur futbolçunun anası qaçırıldı

Məşhur futbolçunun anası qaçırıldı
03:48 18 İyul 2018
52 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur braziliyalı futbolçu, Ukraynanın "Şaxtyor Donetsk" klubunun oyunçusu Taisonun anası Rosangela Freda öz ölkəsində silahlı qrup tərəfindən qaçırılıb.

Publika.az xəbər verir ki, evindən qaçırılan qadın xüsusi əməliyyatla xilas edilib. Onu qaçıranlar həbs ediliblər.

Təhlükəsizlik kamerasına düşən görüntülərdə naməlum şəxsin əlində gül Fredanın yaşadığı evin qapısını döyməsi və qapını açan qadına qarşı zor tətbiq etməsi qeydə alınıb. Polis ərazidəki kameraların qeydlərini araşdırandan sonra cinayətkarların izinə düşə bilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/247689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR