Hacıqabul sakini bacısının ərini bıçaqlayıb

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi olub.

Metbuat.az apa.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Hacıqabul rayonunun Talış kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Yaşar Ağahüseyn oğlu sərxoş vəziyyətdə bacısının həyat yoldaşını, həmin kəndin sakini olan 1973-cü il təvəllüdlü Yusifov Zaur Rizvan oğlunu bıçaqlayıb.

Bel nahiyəsindən bıçaq xəsarəti alaraq çoxlu qan itirən Z. Yusifov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, əməliyyat olunub.Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törtəməkdə şübhəli bilinən Y. Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR