“Qarabağ” bu gün “Olimpiya”nı

Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun komandası doğma meydanda Sloveniya çempionu “Olimpiya”nı qəbul edəcək. Səfərdə 1:0 hesablı qələbə qazanan Ağdam klubu minimum heç-heçə ilə mərhələ adlayacaq.

Əgər görüşdə “Qarabağ” qələbə qazansa, ikinci təsnifat mərhələsində Albaniya çempionu “Kukesi” ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR