Prandelli "Qalatasaray"ın təklifini rədd etdi

Prandelli "Qalatasaray"ın təklifini rədd etdi
17:05 12 Yanvar 2015
183 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" klubunun sabiq baş məşqçisi Çezare Prandellinin təzminat məsələsi həll olunmamış qalır.

Milli.Az qol.az-a isitnadən xəbər verir ki, italiyalı mütəxəssis İstanbul təmsilçisinin yeni təklifini rədd edib.
 
"Qalatasaray" klubunun rəhbərliyi Prandellinin vəkili ilə görüşərək ona yeni təklif irəli sürüb. Lakin "sənə 1 milyon avro verək, məsələ həll olunsun, FİFA-ya da şikayət etmə" təklifi Prandelli tərəfindən qəbul edilməyib.
 
57 yaşlı mütəxəssisin "Qalatasaray"dan təxminən 5 milyon avroya yaxın məbləğ tələb etdiyi bildirilir. "Qalatasaray"da aylıq 190 min avro maaş alan Prandelliyə bu günə qədər cəmi 1,3 milyon avro ödənilib. Onun Türkiyə klubundan alacaqlarının hamısını tələb etməsi "Cim Bom"u çətin vəziyyətə salıb.
Qeyd edək ki, Prandelli məsələ ilə bağlı FİFA-ya şikayət edərsə və borc ödənilməzsə, "Qalatasaray" klubuna ciddi cəzalar verilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR