Ağdaşda yırtıcı quşlar qoyun sürüsünə hücum edib, tələfat var

17:07 12 Yanvar 2015
179 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 17:06 ]


Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda yırtıcı quşlar qoyun sürüsünə hücum edib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cardam kəndində baş verib. Kənd sakini Murad Xəlilov örüş sahəsində qoyunları otaran zaman gözlənilməz hadisə ilə qarşılaşdığını deyib. Onun sözlərinə görə, yırtıcı quşlar qəflətən sürüyə hücum edərək 3 baş qoyunu öldürüb, ikisini isə yaralayıb. Öldürülən xırda buynuzluların cəsədlərinin bir hissəsi yırtıcılar tərəfindən aparılıb. Vəhşi quşların təkrar qayıdacağından, sakinlərə və heyvanlara hücum etməsindən narahat olduqlarını deyən kənd sakinləri vəhşi quşların qartal və ya quzğun olduğunu iddia edirlər. Hadisə baş verən əraziyə baytar həkimlər gələrək yaralı heyvanlara tibbi yardım göstəriblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR