2 min əvvələ aid olan lənətlənmiş məzarı açdılar -

Misirdə 2 min il əvvələ aid olduğu güman edilən edilən qəbir aşkar edilib.

Metbuat.az-ın məlumatına görə, nəzəriyyəçilər və falçılar qəbirin lənətləndiyini irəli sürərək, onun açılmaması barədə xəbərdarlıq edib. Qədim Misir inanclarına görə, lənətlənən qəbirlərdəki mumiya və böcəklər canlanaraq insan bədəninə girir. Nəticədə o təhlükə ilə üzləşir. İddialara görə, məzarların yerindən tərpədilməsi hətta dünya üçün belə böyük fəlakətə səbəb ola bilir. Hətta "Vaşinqton Post" qəzetinin də aralarında olduğu tanınmış media orqanları məzarın açılmasına qarşı çıxıb.

Xəbərdarlıqlara baxmayaraq arxeoloqlar uzunluğu 3 metrə çatan və ətrafı qayalıqlarla hörülmüş məzarı açıb. Onun içində gözlənildiyi kimi mümyalanmış insan cəsədi olub. Cəsəd xarici görünüşünü qoruyub. Məzarı açanlar isə normal həyat tərzinə davam edir.

Sübhan / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR